İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.
Rezonans.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilib ki, birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir.
Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Ölkə rəhbərliyi hesab edir ki, məlumatların sızması İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.