Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Rezonans.az-a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, noyabrın 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi noyabrın 4-ü səhərədək davam edəcək.
Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.