Gəncədə avtoxuliqanlara qarşı mübarizə necə aparılır və əhali razıdırmı? - SORĞU

img

Son dövrlər  Daxili İşlər Orqanları tərəfindən asayişin qorunaraq təmin olunması, cinayətkarlıqla, o cümlədən ictimai aşayişin pozularaq vətəndaşların narahatçılığına səbəb olan avtoxuliqanlara qarşı aparılan mübarizə tədbirləri  vətəndaşlarda böyük məmnunluq hissi yaradıb.


Bu gün respublikanın ikinci böyük şəhəri olan Gəncə şəhərində asayişin necə təmin edilməsi, xüsusən əhalinin və şəhər sakinlərinin gündəlik həyat şəraitinə, narahatçılığına səbəb olan şəhər ərazisində hər an təhlükə və qəza yarada biləcək avtoxuliqanlara qarşı Gəncə şəhəri, Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan mübarizə tədbirləri haqqında sakinlər arasında sorğu keçirərək bir neçəsinin möyqeyin öyrənməyə çalışdıq.


Şəhər sakinləri Qvami Əliyev, Səbuhi Süleymanov, Bəxtiyar Hüseynov, Qüdrət İmanov, Habil Məmmədov və başqaları Rezonans.az-ın sorğusuna əsasən qeyd ediblər ki, bir cəmiyyət olaraq gündəlik nə qədər xoşagəlməz hadisə və hallarla hər birimiz qarşılaşır şahidi oluruq. 


Bu kimi halların baş verməsində səbəbkar kimi bəzi vətəndaşlar tərəfindən asayişin pozulması, hətta belə hər birimizin həyatına təhlükə mənbəyi saçan avtoxuliqanlardır. Bu kimi hallar isə günümüzün, cəmiyyətin ən böyük bəlasına çevriliblər. 


Avtoxuliqanlar tərəfindən idarə edilən maşınlarda əlavə səsboğuzu avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliklərin bir neçə maşınlarda saymaqla bitməzdi.


Belə ki, son dövrlərə baxanda daha geniş şəkildə Gəncə şəhəri, DYP-nin əməkdaşları tərəfindən aparılan mütamadi intensiz reydlərə əsasən şəhər ərazisində nəqliyyat vasitələrini psixoatrik maddələrin təsiri altında avtomobil idarə edən sürücülərin aşkar olunaraq məsuliyyətə cəlb edilməsi, xüsusilə sadalanan qanuna zidd hərəkətlərə yol açan avtoxuliqanlara qarşı kəskin mübarizə yüksək şəkildə təmin edilir.


Bunlarda birmənalı şəkildə vətəndaş təhlükəsizliyi, şəhər əhalisi üçün problemsiz şəkildə sağlam, gələcəyimizə dəlalət edir.


Sözsüz ki, bunların əsl səbəbkarı Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov cənablarının Daxili İşlər Orqanlarında apardığı uğurlu kadr islahatlarında, seçərək təyin etdiyi Gəncə şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev və DYP-nin rəisi, polis polkovnik-leytenantı Eldəniz Həsənov əməkdaşlarının apardığı uğurlu, vicdanlı xidmətdir - deyə sakinlər qeyd ediblər.


Əli Musa


Rezonans.az



Xəbəri paylaş: