Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana gedəcək.
Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Astanada Sergey Lavrovla görüşü zamanı bildirib.
"Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxtərəfli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir", - nazir qeyd edib.
Putin sonuncu dəfə 2023-cü ilin noyabrında Qazaxıstana rəsmi səfər edib və bu ilin iyulunda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.