"Hamı gedib kreditlə bir maşın alır" - Siyavuş Novruzov

img

"Şəhid ailələrininin və qazilərin bank borcları silinir. Buna görə onlara təşəkkür edirik. Bununla yanaşı banklar əldə etdiyi gəlirlərdən aztəminatlı ailələrin övladlarının təhsil haqlarına kömək etsə yaxşı olardı".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

"Hər bir bankın valideyninin imkanı çatmayan 10-20 nəfər uşağın təhsil haqqını ödəməsi vacib şərtlərdən biridir. Dünya qanunlarının hamısında bu mövcuddur".

Deputat qeyd edib ki, mənzil tikintisi üçün verilən kreditlərin aşağı olması vacibdir: "Xüsusilə rayonlarda fərdi mənzillərin tikintisinə kreditlər ayrılmalıdır. Maşın almağa kredit veririk. Hamı gedi kreditlə bir maşın alır".

Xəbəri paylaş: