Media Reyestri ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edilib

img

“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması öz əksini tapıb. Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.

 

Rezonans.az İTV-yə istinadən xəbər verir ki, MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb. Bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:

 

“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının layihəsinin, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib. Müvafiq tapşırıq tərəfimizdən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.

 

Xəbəri paylaş: