Şəxsən mən azərbaycanlı həmkarımla aramızda baş tutacaq görüşlə bağlı xəbəri səbirsizliklə gözləyirəm ki, söhbətimizə davam edə bilək".
Rezonans.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisin spikeri Sahibə Qafarova ilə mümkün görüşünə istinadən deyib.
Spiker həmçinin bununla bağlı heç bir aydınlıq olmadığını vurğulayıb.
"Ermənistanın hansı səylər göstərdiyi bütün dünyaya bəllidir, hətta daxildə buna görə tənqid olunur. Bakının səyləri nəticəsində irəliyə doğru gedən, əhəmiyyətli olan sülhün bərqərar olmasıdır. Razılaşmanın olub-olmamasına gəlincə, hazırda yeni heç nə yoxdur, hamımızın bildiyidir", - deyə erməni spiker azərbaycanlı həmkarının bügükü çıxışı ilə bağlı açıqlamasında qeyd edib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri sonuncu dəfə may ayında, Parlamentlərarası İttifaqın iclası çərçivəsində Cenevrədə görüşüblər.