Kəlbəcər rayonunda 8 noyabr –Zəfər günü ilə bağlı şəhidlər xiyabanları ziyarət olunub.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar iştirak edib.
Rezonans.az xəbər verir ki, əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri İcra Hakimiyyətinin konfrans zalında şanlı zəfər tariximizə nəzər salıblar.
Daha sonra Göygöl rayon Murovdağ qəsəbəsində Kəlbəcər şəhidlərinin dəfn edildiyi, Murovdağ şəhidlər xiyabanını və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə inşa edilən Kəlbəcər şəhidlərinin Abidə Kompleksini ziyarət ediblər.Şəhidlərimizin məzarları üstünə və abidə önünə gül dəstələri qoyulub, əziz xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxunub.
Daha sonra tədbir Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayının qarşısında Zəfər günü ilə əlaqədar möhtəşəm bayram konserti ilə davam edib.