"Avropa İttifaqı sağ qalmaq üçün..." - Borrell

img

Sağ qalmaq üçün Avropa İttifaqı üzv dövlətlər arasında birliyə nail olmalıdır.

Rezonans.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bildirib.

"Avropanın sağ qalmasının yeganə resepti birlikdir", - deyə diplomat qeyd edib. 

Onun sözlərinə görə, Aİ öz imkanlarını yaratmalıdır, o cümlədən müdafiə sahəsində: "Amma biz parçalansaq, bunu edə bilmərik. Aİ-nin missiyası Avropa İttifaqını hərəkətə qadir bir qüvvə kimi inkişaf etdirməkdir".

Xəbəri paylaş: