Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1500-ə ÇATIB

img

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb.

 

Rezonans.az xəbər verir ki,bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

 

Qeyd olunur ki, təbii fəlakət nəticəsində 2000-dən çox yaralı var

Cəmi bir neçə dəqiqə çəkməsinə baxmayaraq, zəlzələnin ciddi dağıntı və tələfata yol açdığı bildirilir. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanların qaldığı bildirilir.

 

Təbii fəlakət bir neçə əyalətdə tələfat və dağıntılara səbəb olub, lakin ən çox ziyan Paktika, Nanqarhar və Host əyalətlərində meydana gəlib.

 

Xatırladaq ki, Əfqanıstanın cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

 

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.

Xəbəri paylaş: