Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, narkotik vasitələr – 1,5 kiloqramdan artıq heroin, 8,1 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin 2 ədəd metadon və 854 ədəd preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.