Həbib Misirov şəhid ailəsini ziyarət edib

img

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları 44 günlük Vətən Müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Samux rayonun Seyidlər kəndində məskunlaşan ailəsini ziyarət edib.

Rezonans.az xəbər verir ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu düşməndən fərqli olaraq beynəlxalq ictimaiyyətə ədalət dərsi verərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin təkbaşına icra edilməsinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Şəhidin atası Şəfiyev Hidayət göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığlarını bildirdi.

Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə Rusiyanın Krasnoyarsk şəhərində doğulub. 1995-2006-cı illərdə Samux rayon Seyidlər kənd tam orta məktəbində təhsil alıb.Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın şəhəri uğrunda gedən döyüşlər zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib

Xəbəri paylaş: