Tərtərdə zorla nömrəsiz maşınla qaçırılan 21 yaşlı qızın ailəsi narahatdır ŞİKAYƏT

img

Tərtərdə 21 yaşlı Muradlı İradə Ədalət qızi nömrəsiz maşınla idarə edilən naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Bu barədə Rezonans.az-a qaçırılan İradə Muradlının ailəsi məlumat verib.

İradə Muradlının anası Ərkinaz Bayramova qeyd edərək bildirib ki, ilk dəfə 31 May 2022-ci ildə qızımın razılığı olmadan ailəmizə şəxsiyyəti bəlli olmayan, Əhmədov Müşviq Əyyub oğlu  tərəfindən zorla Ağdaşda oxuduğu Kollecdən götürülərək qaçırılıb. O, zaman şikayət edəndə qarşımıza bir çox tələblər qoyularaq bizi şikayət etməkdən çəkindiriblər. Bir təhər bundan sonra böyük müsibətlə övladımızı evimizə gətirmişik.

Belə ki, bu gün analoji hal olaraq 12:00 radələrində yenidən Əhmədov Müşviq Əyyub oğlu  dörd nəfər ilə birgə dövlət nömrə nişanı bilinməyən TOYOTO COROLLO maşını ilə  gələrək mənə və  qızıma qarşı amansız şəkildə fiziki zorakılıq küçə hərəkətləri edərək yenidən qızımı qaçırıblar.

Ailəmizin və qızımın başına gələn bu hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanları xəbərdardır, hətta belə Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə müraciət belə etmişik. 

Odur ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarından qızımın indiki və sonraki taleyindən narahatçılıq hissi keçirərək qızımın tapılaraq ailəmizə qaytarılmasını və təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün köməkdarlıq göstərilməsini xahiş edirik.

Xəbəri paylaş: