Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Rezonans.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.