Fəthullah Gülənin qardaşı qızı Yunanistana qaçmaq istəyərkən həbs edildi- VİDEO

img

Ədirnədə Meriç çayı üzərindən Yunanıstana keçmək istəyərkən yaxalanan 4 nəfər həbs edilib.

Rezonans.az xəbər verir ki, həbs olunanlar arasında Fətullah Gülənin qardaşı qızı da var. Qanunsuz yollarla Ədirnə-dən Yunanıstana qaçmağa çalışan 10 şübhəli sərhəd əsgərləri tərəfindən tutulub.

Həbs edilən şübhəlilər haqqında aparılan istintaqda FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı qızı Sümeyye Gülənin də şəxsiyyəti müəyyən edilib. Sümeyye Gülən və digər şübhəlilər dindirildikdən sonra Uzunköprü məhkəməsinə göndərilib. 

Sümeyye Gülən, AA, MA və işdən çıxarılan hakim MA gətirildikləri məhkəmə tərəfindən həbs edilib. S.İ.-yə ev dustaqlığı, D.M adlı şəxs isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. FS də prokurorluq tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb. Digər tərəfdən terror təşkilatı PKK üzvü olmaqda şübhəli bilinən 3 nəfərin işi davam edir.


Xəbəri paylaş: