Netanyahu peycerlərin partladılması əmrini veribmiş

img

İsrailin baş naziri Benyamin Netanyahu sentyabr ayında Livandakı Hizbullah peycerlərinin bombalanması əmrini verib.

Rezonans.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb. 

 Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Nəticədə ən azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb. Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail hücumu” adlandırıb.

Xəbəri paylaş: