Ukrayna Rusiyanı məhkəməyə verdi

img

Ukrayna Ədliyyə Nazirliyi Rusiyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) iddia göndərib.

 

Rezonans.az xəbər verir ki, iddia ərizəsində Rusiyanın məqsədinin “Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirmək və sonradan ölkənin suverenliyini məhv etmək” olduğu bildirilir.

 

Qeyd olunur ki, Rusiya beynəlxalq hüququn bütün normalarını pozaraq mülki əhaliyə və vətəndaşların əmlakına qarşı fərq qoymadan və qeyri-mütənasib güc tətbiqi həyata keçirir.

 

Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasını, həmçinin zərərçəkənlərə pul təzminatının ödənilməsini tələb edir.

Xəbəri paylaş: