Metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi müzakirə olundu

img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.

Rezonans.az xəbər verir ki, görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub.

Həmçinin, rəqəmsallaşma istiqamətində layihələrə dair fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: