Həm minimum əməkhaqqı, həm də pensiyalar artırılacaq.
Bunu Rezonans.az-ın sualına cavabında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Həmçinin nazir bildirib ki, bununla bağlı təkliflər hazırlanıb və dövlət büdcəsinin daxilində nəzərə alınıb: "Dövlət büdcəsinin müzakirəsi yekunlaşdıqdan sonra elan ediləcək".
O qeyd edib ki, hər il ölkədə həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılır.