Rusiyada təyyarə qəzası - Ölən və yaralılar var

img

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub. Qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hazırda faktla əlaqədar araşdırma aparılır.

Xəbəri paylaş: