Gürcüstandan Rusiyaya gedən yol bağlandı

img

Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən (Gürcüstan-Rusiya sərhədi) Gürcüstandan Rusiyaya gedən yol ağır yük maşınları üçün bağlıdır və Ermənistanın 630-dan çox yük maşını növbə gözləyir.

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər.

"Buzla əlaqədar olaraq Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - məlumatda bildirilir. 

Yol minik avtomobilləri üçün açıqdır. Ümumilikdə 2025 yük maşını növbədə qalıb.

Xəbəri paylaş: