Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında danışığa hələ hazırlıq görülməyib.
Rezonans.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına müsahibəsində deyib. O bildirib ki, lazım gələrsə, bunu tez təşkil etmək olar.
“Bununla bağlı vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Hələ ki heç bir hazırlıq görülmür. Amma bu cür ünsiyyətə ehtiyacın anlaşılması hər iki tərəfdə üst-üstə düşən kimi söhbət baş tutacaq ”, - deyə Kreml nümayəndəsi qeyd edib.