Dünya əhalisinin yarısından çoxu şəhər ərazilərində yaşayır. Bu sayın 2050-ci ilə qədər 70 faizə yaxın artmağı proqnozlaşdırılır. Gələn 5-7 il ərzində isə şəhərdə yaşayan əhali sayının 500 milyondan çox olması gözlənilir.
Rezonans.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib.
O qeyd edib ki, karbon emissiyalarının atmosferə buraxılmasının 70 faizi şəhərlərin payına düşür: “Bu emissiyalar daha çox şəhər ərazilərindəki nəqliyyat və binalardan atmosferə daxil olur”.