İsrail qüvvələri Livanda nəzarət-buraxılış məntəqəsini bombalayıb.
Rezonans.az xəbər verir ki, bu barədə Livan ordusu bəyanat yayıb.
Bombardman nəticəsində 1 əsgər ölüb, 18-i yaralanıb.
Hadisənin Əl-Əmiriyyədə, Əl-Klayla-Tir yolunun keçid məntəqəsində baş verdiyi deyilir. Keçid məntəqəsinə ciddi ziyan dəydiyi bildirilir.