Tbilisidə etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar gecə boyu davam edib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlılar Rustaveli prospektində etirazlarını davam etdirən nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir sıra həbslər həyata keçirib, lakin həbs olunanların dəqiq sayı hələlik açıqlanmayıb
Etirazlar noyabrın 28-də, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Aİ ilə üzvlüklə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra başlayıb. Mitinqdə müxalifət və Gürcüstan prezidenti Salome Zurabişvili iştirak edib. Polislə toqquşma zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı yaralanıb, onların əksəriyyətinə tibbi yardım göstərilib.