Yıldırım Bəyazid Universitetində mediatorlara sertifikat təqdim olunub

img

Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayı keçirilir. Beynəlxalq Qurultay çərçivəsində mediatorlar Yıldırım Bəyazid Universitetində təşkil edilən Mediasiya seminarında iştirak ediblər. 

Rezonans.az xəbər verir ki, Ankarada Yıldırım Bəyazit Universitetində təşkil edilən seminarda Mediasiya Şurasının İdarə Heyətinin sədri olaraq çıxış edən Nadir Adilov Universitet rəhbərliyinə bu seminarı təşkil etdikləri üçün dərin təşəkkür edib. Nadir Adilov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları barədə də iştirakçıları məlumatlandırıb. 

Daha sonra Türk Dünyası Arabulucular Birliğinin İdarə Heyətinin üzvü Av. Arb. Fatma Serpil Akdenizin mediatorluğu ilə, Ankara Yıldırım Beyazıt Universitetinin rektoru Prof. Dr. Ali Cengiz KÖSEOĞLU, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov açılış və salamlama nitqi ilə çıxış ediblər. 

Mediatorlar üçün təşkil edilən seminarda Yıldırım Bəyazid Universitetinin Dr. Öğr. S. Burak Gündoğdu türkdilli dövlətlərdə mediasiya prosesləri və Türkiyə Cümhuriyyətindəki mediasiya prosesləri ilə müqayisəli təhlil mövzusunda məruzə ilə çıxış edib. 

Növbəti məruzə ilə Dr. Öğr. Üyesi Cansu Korkmaz təşviq edilən və eyni zamanda könüllü mediasiya proseslərində mediasiyanın təməl prinsipləri barədə mühazirə ilə çıxış edib. 

Dr. Öğr. Üyesi Nurbanu E. Işık isə Türkiyə Cümhuriyyətindəki mediasiya proseslərində icbari mediasiya prosesləri, eyni zamanda daha az ağır cinayət işlərində mediasiya alətlərinin istifadəsi məsələləri barədə mühazirə ilə çıxış edib. 

Moderator Prof. Dr. Ziynet Seldağ GÜNEŞ Peschke seminarı sual cavabla davam etdirib. Azərbaycanı təmsil edən 85 mediator mühazirəçilərə onları maraqlandıran sualları ünvanlayıb və seminar dialoq şəraitində davam edib. 

Sonda Azərbaycanı təmsil edən mediatorlara Yıldırım Bəyazid Universitetinin sertifikatları təqdim edilib. 

Xəbəri paylaş: