Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyəb edilib.
Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.