Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı - FOTO

img

Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.

“1918-ci il iyunun 11-də Gəncədə həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin təşəbbüsü ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb. Gəncədəki Baş konsulumuzla birlikdə açılışdan əvvəl abidəyə baş çəkdik”, - paylaşımda deyilir.




Xəbəri paylaş: