Masallıda konfrans keçirilib

img

7 dekabr 2024-cü il tarixində Masallı şəhərində Masallı Mediasiya Təşkilatının təşkilatçılığı ilə "Ailə, əmək, kommersiya və mülki işlər üzrə mübahisələrin həllində mediasiyanın tətbiqinin genişləndirilməsi məqsədilə marketinqin aparılması və barışıq sazişlərinin keyfiyyətli məzmunu" mövzusunda konfrans keçirilib.

Rezonans.az xəbər verir ki, Masallı 1 saylı mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədovun moderatorluğu ilə keçirilən konfransda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Masallı RİHB-nin böyük məsləhətçisi Zamin Məmmədov, Masallı Rayon YAP Təşkilatının məsləhətçisi Əfrail Fərziyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı RPŞ İTB-nin baş inspektoru Cəlal Əbülfəzli və Masallı Rayon Vəkil Bürosunun müdiri Tofiq Şahmarov çıxış edib.

Açılış nitqi ilə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov keyfiyyətli barışıq sazişlərinin məzmunu və bu məqsədlə marketinq sahəsində fundamental prinsiplərdən söz açıb.

Konfransda həmçinin Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Salyan 1 saylı Mediasiya Təşkilatının rəhbəri Elman Hənifəli və mediator Zaur Mirzəbəyov çıxış edərək mediasiya sahəsində inkişaf perspektivlərini dəyərləndirmə metodları, barışıq sazişlərinin keyfiyyətli məzmununda vəkil və hüquqşünaslarla əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.

Konfrans işini müzakirələrlə davam edib.

Xəbəri paylaş: