Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası hazırda keçid hökumətinin formalaşdırılması üzərində çalışdığını bildirib.
Rezonans.az xəbər verir ki, bu haqda koalisiyanın “Telegram” kanalında dərc olunan bəyanatında bildirilir.
“Milli Koalisiya azad və demokratik Suriyanın qurulması üçün istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə tam səlahiyyətlərə malik keçid idarəetmə orqanının formalaşdırılması üzərində çalışdığını təsdiqləyir”, - bəyanatda deyilir.