Salvadorda 5,6 bal gücündə zəlzələ baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin mənbəyi San Migel şəhərindən 44 km cənub-şərqdə, 15 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.