Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 7-də Sahil qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 28 yaşlı E.Süleymanov və A.Kərimzadə müəyyən olunaraq saxlanılıblar.
Rezonans.az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dekabrın 7-də rayon ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Z.Dərgahov saxlanılıb.
Faktlarla bağlı Qaradağ və Yasamal rayon polis idarələrində araşdırmalar aparılır.