Şirvan 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şirvan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Rezonans.az xəbər verir ki, Şirvan 1 saylı mediasiya təşkilatına Şirvan, Hacıqabul və Kürdəmir rayonu üzrə vətəndaşlar müraciət edə bilər.
Qeyd edək ki, 10 dekabr 2024-cü il tarixindən etibarən Şirvan 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayacaq.
Şirvan 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Şirvan şəhəri, Zülfü Hacıyev küçəsi, ev 10, mənzil 7
Email: [email protected]
Telefon: +994 55 614 86 04; +994 10 252 42 82