Netanyahu məhkəmədə ifadə verəcək

img

Bu gün  İsrailin Baş naziri Benyamin Netanyahu üç korrupsiya işi üzrə müttəhim qismində məhkəmədə ifadə verəcək. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Siyasətçiyə qarşı dələduzluq və etimadın pozulması işi açılıb. Bildirilir ki, Netanyahu və ailə üzvləri amerikalı prodüser Arnon Milçandan və avstraliyalı-israilli iş adamı Ceyms Pakerdən 700 min şekel  ( 333 410 AZN) dəyərində bahalı hədiyyələr qəbul ediblər.  

Bundan əlavə, Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olunur.

Netanyahu ilə bağlı istintaq 2016-cı ilin dekabrında başlayıb və 2019-cu ilin noyabrında ona qarşı ittihamlar irəli sürülüb. Baş nazirin məhkəməsi 2020-ci il mayın 24-də başlayıb və 140-a yaxın adam artıq ifadə verib.

Xəbəri paylaş: