Bu il 44,7 min şəxsə əlillik təyin olunub

img

"Bu ilin yanvar-noyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 44,7 min şəxsə əlillik təyin edilib".

Bu barədə Rezonans.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 22,2 mininə ilkin, 22,5 mininə təkrar əlillik təyinatı aparılıb.

"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub", - deyə məlumatda qeyd edilib.

Xəbəri paylaş: