2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərə bu qədər vətəndaşımız qayıdacaq

img

Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı müddətində tamamilə dağıdılması iqtisadiyyatımıza milyardlar dollar ziyan vurub".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

"Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız bu ərazilərdə məskunlaşacaq. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünü göstərir, digər tərəfdən isə xarici siyasət üçün yeni çağırışlar, prioritetlər müəyyənləşdirir", - deyə deputat bildirib

Xəbəri paylaş: