Naxçıvanda qarın hündürlüyü 15 santimetrə çatıb

img

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Rezonans.az xəbər verir ki, bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.

Xəbəri paylaş: