Suriya PKK qüvvələrini məhv etməyi planlaşdırır

img

Suriyanın Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən PKK qüvvələrini tamamilə məhv etməyi planlaşdırır.

Rezonans.az xəbər verir ki, Suriya müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həməd bu barədə özünün sosial media hesabında yazıb.

“Xalq Suriyanın şərqində fəaliyyət göstərən PKK terrorçularından qurtulmağı tələb edir. Separatçı layihələr məhv edilməyənədək Suriyada təhlükə bitməyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, noyabrın sonunda Suriya müxalifəti hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 8-də Dəməşq nəzarət altına alınıb və prezident Bəşər Əsəd ölkədən qaçıb. Dekabrın 10-da Xilas hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

Xəbəri paylaş: