Almaniyadan Avropanın təhlükəsizliyi üçün radikal PLAN

img

Yeni seçilmiş prezident Donald Tramp NATO-dan çıxmaq qərarına gəlsə, Rusiya və Avropa ölkələri ABŞ-ın iştirakı olmadan öz təhlükəsizlik arxitekturasını təşkil edə bilər.

Rezonans.az xəbər verir ki, bu fikirləri Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer RİA Novosti-yə müsahibəsində bildirib.

Ekspert Trampın Avropanın müdafiəyə daha çox sərmayə qoymayacağı təqdirdə Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı açıqlamalarını xatırladıb.

“Biz sizdən pul istəmirik, cənab prezident. İstəyirsinizsə, çıxın. Biz təhlükəsizliyimizi təşkil edirik, hətta ruslarla da danışa bilərik ki, bir gün ortaq təhlükəsizlik siyasəti apara bilək”, - Niemeyer bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə Rusiya ilə NATO arasında bağlanmış müqavilənin ilkin ideyası ümumi təhlükəsizlik arxitekturasının yaradılması olub, lakin bu yanaşmadan imtina edilib. Niemeyer vurğulayıb ki, ABŞ hərbi blokdan çıxmaq istəsə, avropalılar ruslarla vəziyyəti hər iki tərəf üçün daha təhlükəsiz edəcək hərbi əməkdaşlıq sazişi əldə etmək üçün danışıqlar apara bilərlər.

Xəbəri paylaş: