Putin Kerç boğazındakı qəza ilə bağlı göstəriş verdi

img

Rusiya prezidenti Vladimir Putin Kerç boğazında tankerin qəzaya uğradığı yerdə xilasetmə işlərinin təşkili ilə bağlı lazımi göstərişlər verib.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, dövlət başçısı baş nazirin müavini Vitali Savelyevin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun hadisə yerindəki vəziyyətlə bağlı məruzələrini dinləyib. Fövqəladə vəziyyətlə bağlı hesabatı təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov da təqdim edib.

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, Putin artıq “xilasetmə əməliyyatlarının təşkili üçün lazımi göstərişlər” verib. Bundan əlavə, prezident Savelyevin başçılıq etdiyi hökumət işçi qrupunun yaradılması barədə göstəriş verib.

“İşçi qrup xilasetmə əməliyyatlarını təşkil edəcək, həmçinin yanacağın dağılmasının nəticələrini aradan qaldıracaq”, – deyə Peskov bildirib.

Xəbəri paylaş: