Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

img

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 1988-ci il təvvəllüdlü Timur Əliyev Luqansk vilayətində həlak olub.

O, 2022-ci ilin iyul ayından etibarən Donetsk və Luqansk vilayətlərində döyüşlərdə iştirak edib.

Qeyd edək ki, mərhum ailəli olub və iki övladı var.

Xəbəri paylaş: