"Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır" — Nadir Adilov

img

"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır".

Rezonans.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bir çox hallarda qadınlar boşandıqdan sonra ata evinə qayıdırlar və övladları ilə birgə ortada qalırlar:

"Buna görə də ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Nikah müqavilələrinin məcburi qaydada bağlanılmasının tərəfdarıyıq. Adətlərimizdə olan boşluqları maarifləndirmə yolu ilə aradan qaldırmalıyıq.

Ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə edə bilərik".

Xəbəri paylaş: