Gədəbəy sakini ov zamanı özünü güllələdi

img

Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.

Rezonans.az-ın məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndi ərazisində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Tural Qasımov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Ona yardım edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəsarət alan şəxsin yaxınlarının sözlərinə görə, T.Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun ayağından dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: