"Türkiyə Respublikasında Mediasiya" adlı kitabın təqdimat mərasimi keçirilib

img

MÜSİAD Azerbaycanın dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası və Türk Dünyası Arabulucular Birliği'nin təşkilatçılığı ilə nəşr edilən "Türkiyə Respublikasında Mediasiya" adlı kitabın təqdimat mərasimi baş tutub.

Rezonans.az xəbər verir ki, təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxış edib və Türk Dünyası Arabulucular Birliyi ilə birlikdə yaxın tarixdə Ankarada keçirilən Konfransa diqqət çəkib. O bildirib ki, Türkiyə təcrübəsinin öyrənilməsi üçün yeni nəşr edilən bu kitab praktik vəsait rolunu oynayacaq.

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının proyektoru Elçin Xələfov isə kitabın mediasiya sahəsində bu nəşrlərin önəmli olduğunu və beynəlxalq təcrübənin araşdırılmasında mühüm rol oynadığını qeyd edib.  

Daha sonra MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirliyə söz verilib. Çıxışı zamanı o, birgə əməkdaşlığın səmərəsindən və gələcəkdə bu əməkdaşlığın davamı olaraq həyata keçirilə biləcək layihələrdən söz açıb.

Tədbir kitabın müəllifi, Bakı 15 saylı Mediasiya təşkilatının mediatoru Narvin Mahmudovanın çıxışı ilə davam edib. Narvin Mahmudova bildirib ki, oxuyucular bu kitab vasitəsilə mediator və tərəflər arasında düzgün münasibət forması, mediasiyada həll olunan mübahisələr, mediasiya prosesinin mərhələləri və s. bu kimi mediasiya ilə bağlı əsas mövzular ətrafında suallarına cavab tapa biləcəklər.

Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şalıyev rəhbərlik etdiyi təşkilatın mediatoru Narvin Mahmudova tərəfindən yazılan bu kitabın nəşrinə görə təşəkkür edib və təşkilatın digər mediatorlarının da bu sahədə böyük potensialının olduğunu qeyd edib. Qasım Şalıyev eyni zamanda Bakı 15 saylı mediasiya təşkilatının qarşısında duran hədəflərə də toxunub və təşkilatın fəaliyyətini diqqətə çatdırıb.

Xəbəri paylaş: