Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olundu

img

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Gürcüstanda qeyd olunub.

 

Rezonans.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları və hərbi attaşe aparatının zabitləri, eləcə də Türkiyənin bu ölkədəki səfirliyinin hərbi attaşe aparatının rəhbəri albay Burak Altınay və aparatın zabitləri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

 

Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri düzülüb.

 

Parka gələn turistlərə və şəhər ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib.

Xəbəri paylaş: