Laçın aeroportunun tikintisindən görüntülər

Laçın aeroportunun tikintisindən görüntülər

Laçın rayonunun Qorçu kəndində inşa olunacaq beynəlxalq hava limanının tikintisi davam etdirilir.

 

Rezonans.az xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Televiziyasında yayımlanıb.

 

Çəkiliş aparan AZTV-nin redaktoru Vüsal Məmmədov bildirib ki, bu, işğaldan azad olunmuş ərazilərdə inşası nəzərdə tutulmuş üçüncü hava limanıdır.

 

“Birinci – Füzuli Aeroportu artıq istifadəyə verilib, Zəngilan hava limanı bu ilin sentyabr ayında istifadəyə veriləcək, Laçın Aeroportu isə 2024-cü ildə hazır olacaq”, - müəllif vurğulayıb.

 

Xəbəri paylaş: