Həftəsonu aşkarlanan silah-sursatın sayı AÇIQLANDI

img

Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.

Xəbəri paylaş: