Ağtafa rayonunda 61 yaşlı qadın qətlə yetirilib.
Rezonans.az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F.Musayevanın yaşadığı evədə kəsici alətlə boğaz və qol nahiyyəsindən kəsilərək qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə F.Musayeva qadın tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.