Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut Nağıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Rezonans.az-a verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla T.Nağıyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından
əldə etdiyi müəyyən edilib. Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.