Yaponiya Rusiyadan 11 fiziki şəxs, 51 şirkət və üç banka, həmçinin 8 ölkədən onlarla şirkət və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Rezonans.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Bundan əlavə, Yaponiya Nazirlər Kabineti Rusiyanın 22 təşkilatı və 335 növ mal üçün ixrac məhdudiyyətləri tətbiq edib. Onlar yanvarın 23-dən qüvvəyə minəcək.